Polis polkovnik-leytenantı Tuncay Abbasov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib. Bu haqda bu gün, 5 iyun tarixində Unikal.az məlumat verib.

Müvafiq əmri daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. Bundan əvvəl o, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.