Bakının Səbail rayonu, Cəfərov Qardaşları 9 ünvanında yerləşən “Lermontov” parkı yararsız hala düşüb. Bu haqda bu gün, 5 iyun tarixində Oxu.az məlumat verib.

Parkda olan uşaq attraksionları və döşəmə dağılıb.

Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, parkın yeni lahiyəsi artıq hazırdır və həmin ünvanda abadlıq və yenidənqurma işləri nəzərdə tutulub.

Həmçinin rayonun mərkəzi ünvanları ilə yanaşı, Badamdar və Bibiheybət qəsəbələri, eləcə də Bayıl yaşayış massivində də çoxsaylı parklar, həyətlər yenidən qurularaq sakinlərin istismarına veriləcək.

Şəhərin mərkəzində yerləşən park baxımsız vəziyyətdədir
Foto Oxu.az