Xəzər rayonunda yeniyetmə oğlan dənizdə boğulub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Hadisə rayonun Mərdəkan qəsəbəsində 3 iyun tarixində baş verib. 14 yaşlı Məhəmməd Əzimov dənizdə çimən zaman boğulub. Onun nəşi dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

Məhəmməd 89 saylı tam orta məktəbin 10-cu sinif şagirdi idi.