Azərbaycan Kubokunda rekorda imza atılıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Belə ki, “Neftçi” və “Qəbələ” arasında qarşılaşmaya baxmaq üçün “Bakcell Arena”ya 9000 tamaşaçı gəlib. Bu rəqəmlər cari mövsümdəki kubok oyunları arasında ən yüksək göstəricidir. Daha öncə ən çox tamaşaçı (5000) yarımfinal oyununa gəlib.
Ümumilikdə isə kubokun 19 matçında 31.980 izləyici sayı qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı izləyib.