Bakının Pirallahı rayonundakı Nərəkənd parkında triatlon idman növü üzrə “IronWind” turniri keçirilib. Bu haqda bu gün, 5 iyun tarixidə Bakuplus.az məlumat verir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Bakı Şəhər Halqası və “Triterra” klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Mübarizə 3 mərhələdən ibarət olub. İdmançılar 1.9 km üzüb, 90 km velosiped sürüb və 21.1 km məsafəyə qaçıblar.

“IronWind”in “Absolute” kateqoriyasında medalçıları:

Qadınlar
1. İnna Anisimova;
2. Rabiyə Oruclu;
3. Natalya Vallek.

Kişilər
1. Oleksandr Mordasov;
2. Teymur Fərəcov;
3. Konstantin Vedmed.

Turnir zamanı Nərəkənd parkında aşağı yaş qruplarından olan idmançı uşaqların kiçik qaçış yarışı da təşkil olunub.

Pirallahıda triatlon üzrə yarış keçirilib
Foto Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi