Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini N.Səlimova avtomobil yolunu keçən zaman Qax rayon sakini M.Mustafayevin idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi onu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.