Məşhur bloger və model Razi Əliyevanın “Mercedes” markalı avtomobili yararsız vəziyyətə salınıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az məlumat verir.

Redaksiyaya verilən məlumata əsasən, Əliyevaya qarşı  fiziki zorakılıqda və digər qanunazid hərəkətlərdə şübhəli bilinən Hüseynzadə ondan əvvəllər bağışladığı avtomobili geri tələb edib. Lakin qız avtomobilin onun adına qeydiyyatda olduğundan nəqliyyatı qaytarmaqdan imtina edib.

Bu səbəbdən keçmiş sevgilisi Raziyə əvvəl bağışlamış olduğu 120 min avro (220 min manat) dəyərində olan “Mercedes GLE 53”ü əzib.

Daha öncə məlum olub ki, sosial şəbəkələrdə naməlum şəxslər Əliyeva ilə bağlı videolar paylaşıblar. Bu videolarda Ziya adlı şəxs onu xəyanətdə ittiham edir.

Faktlarla bağlı bir neçə maddələr üzrə cinayət işi başlanılıb. Hüseynzadə istintaq zamanı 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Razi Əliyevanın lüks avtomobili yararsız hala salınıb
Foto Bakuplus.az