Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə sabiq attaşe Nəcib Osmanova hökm oxunub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib. Osmanov 6 il müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min manat vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub.