Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alşma hasara alınan ərazidə yerləşən ot bağlamasında başlayıb. Nəticədə 10 tonluq ot bağlamasının 5 tonu yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.