Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində quraşdırılan “Stop” (2.5 “dayanmadan keçmək qadağandır”) nişanı sürücülər arasında geniş müzakirələrə səbəb olub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Sürücülər bildirirlər ki, yoxuşun sonunda “Stop” nişanının qoyulması yanlışdır və qəzalı vəziyyət yaradır. Qış aylarında, yolun buz bağlaması və ya hərəkət zamanı müşahidə olunan sıxlıqda avtomobillərin yoxuşun sonunda dayanması təhlükə yarada bilər.

Vətəndaşların iddialarına görə, küçənin sonunda “Stop” nişanı “Yol ver” nişanı ilə əvəz olunmalıdır.