Yenilənib:

Ümumi sahəsi 45 kv.m olan mağaza 2 kv.m sahədə yanıb. Həmin obyektə bitişik digər mağazalar və ətraf infrastruktura ziyan dəyməyib.

Yanğın söndürülüb.

09:34 – Bazarda yanğın olub

Nizami rayonunda yerləşən bazarda yanğın başlayıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Hadisə “8-ci kilometr” bazarında baş verib. Bu gün səhər saatlarında obyektlərdə yanğın başlayıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri aparılır.