Bakının Suraxanı rayonu, Zığ yolunun yaxınlığında tikinti materialları bazarı salınıb. Bu da sakinlərin narazılığına səbəb olub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Sakinlər bildirirlər ki, xüsusilə küləkli havada sovrulan toz onların həyətlərinə dolur. Onlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmayıb.

Orada fəaliyyət göstərən sahiblərin sözlərinə görə, həmin ərazini icarəyə götürüblər və icarə haqqı ilə yanaşı, torpaq vergisi də ödəyirlər. Yəni oradakı fəaliyyətləri qanunidir. Çingiz Qarayev adlı şəxs əlavə edib ki, satıcılar həmin ərazini hasara almağa çalışıblar, lakin sakinlər buna qarşı çıxıblar.

Məsələ ilə bağlı polisə müraciət edilib. Yaxın zamanlarda sakinlərin məhkəməyə də müraciət edəcəkləri bildirilib.

Zığ yolundakı qum bazarından toz havaya qalxaraq ərtaflara yayılır - VİDEO
Foto Xəzər Xəbər