Nəsimi rayonunun H.Seyidzadə küçəsindən iyunun 3-də gecə saatlarında “Yamaha” markalı motosiklet qaçırılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Qasımov Sumqayıt şəhəri ərazisində motosikletlə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.