Elmlər Akademiyasının əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) keçirilir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az məlumat verir.
Yarmarka iyunun 5-dən 11-nə kimi davam edəcək. Tədbir çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edir. Festivalın hər günü bir ölkənin adı ilə – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq.
Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı





