Bakıda bu həftə bir sıra idman tədbirləri keçiriləcək. Bu haqda bu gün, 6 iyun tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Tədbirlərin siyahısı:
- Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevin xatirəsinə həsr olunmuş 6-7 sinif şagirdləri arasında minifutbol üzrə turnir – 8-9 iyun saat 10:00 (Suraxanı rayonu, Hövsan Olimpiya İdman Kompleksi);
- Məktəblilər arasında minifutbol turniri – 7-8 iyun saat 10:00 (Nərimanov rayonu, “Azfar” Şirkətlər Qrupunun stadionu);
- “Cüdo hamı üçün” adlı turnir – 10 iyun saat 10:00 (Nərimanov rayonu, ABAD məhəllə);
- SSRİ-nin Əməkdar məşqçisi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq memorial turnir – 9-10 iyun (ADBTİA);
- Mini su polosu üzrə “Baku Grand Cup-2023” beynəlxalq turniri – 10-11 iyun (Su İdmanı Sarayı);
- Qılıncoynatma üzrə ölkə çempionatı – 10-11 iyun (Azərbaycan Texniki Universiteti).
Həmçinin ötən gün Binəqədi rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş Binəqədi rayon məktəblərinin müəllimləri arasında voleybol turniri və bu gün səhər Nizami rayonunda “Heydər Əliyev İli”nə həsr olunmuş badminton üzrə rayon turniri keçirilib.