Bakının Nizami rayonunda, “Koroğlu” metro stansiyasının yaxınlığında bir nəfər özünə qəsd etmək istəyini nümayiş etdirir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Belə ki, kişi vant körpüsünün metal tağına çıxaraq özünü atmaq istəyir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.