Paytaxtın Nizami rayonu ərazisində evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.