Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Pirallahı rayonunun Gürgən qəsəbəsinin İlqar Məcidov küçəsində təmir işləri aparıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az məlumat verir.

Uzunluğu 1300 metr, orta eni 6 metr olan küçədə yeni asfalt-beton örtüyü döşənib, 560 kv.m sahədə piyada səkiləri bərpa edilib.

Küçədə təmir işləri yeraltı kommunal xətlərin çəkilməsi ilə məşğul olan qurumlarla razılaşdırılaraq aparılıb. Küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.

Sonda isə üfüqi nişanlanma xətləri çəkilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.