Sumqayıtda nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Polisə daxil olan məlumata görə, Sumqayıtda “Toyota” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.