Mayın 25-də Netflix yayım platformasında 75 yaşlı döyüş filmi ulduzu Arnold Şvarseneggerin rol aldığı “Fubar” teleserialının premyerası olub. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az məlumat verir.

Casus komediya janrında çəkilən “Fubar” serialı 8 seriyadan ibarətdir və Arnold Şvarseneggerin ilk televiziya layihəsidir. O, təqaüdə çıxmaq üzrə olan CIA agenti Lük Branner rolunu oynayıb. Lakin aşkar etdiyi bir ailə sirri onu işə qayıtmağa və son bir missiyanı tamamlamağa məcbur edir.

Epizodların birində Şvarseneggerin qəhrəmanı Bakı və Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası şəxsiyyətlərini dəyişdirməli və serialın ssenarisinə görə uydurma Sardoviya ölkəsinə uçmalıdır. Onlar Sardoviyaya xüsusi yük sistemi vasitəsilə – tabutlarda gedəcəklər.