Bakının Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının mənfi 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında avtomobil yanıb. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə ötən gün axşam saatlarında baş verib. Parkinqdə olan “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.