Bakının Parlament prospektində, 20 nömrəli məktəb-liseyin qarşısında avtobusdan düşən məktəbli qız vurulub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü avtobusu sağdan ötmək istəyərkən oradan düşən məktəbli qızı vurub.

Xəsarət alan qız xəstəxanaya yerləşdirilib.