Asim Mollazadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az məlumat verir.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”, – Sərəncamda deyilir.
Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 1992-ci ilin iyun-dekabr ayları – Nevroloji psixogen və psixosomatik xəstəliklər mərkəzinin direktoru olub. 2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.