Azərbaycan Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu seçilib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Keçirilən səsverməyə əsasən, “Sabah” Futbol Klubunun hücumameyilli yarımmüdafiəçisi Aleksey Kaşuk mövsümün ən yaxşısı seçilib. O, 51 səslə qalib olub. “Neftçi”nin kapitanı Emin Mahmudov 32 səslə 2-ci olub. 3-cü yeri isə “Qarabağ”da çıxış edən Abdullah Zubir 27 səslə tutub.

Səsvermədə 225 futbolçu və 10 baş məşqçi iştirak ediblər.