Bakıda mənzillərin alınma öhdəliyi ilə kirayə verilməsi mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan mənzillərin siyahısı artıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az məlumat verir.
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə 52 mənzil təklif olunur. Mənzillər 2, 3 və 4 otaqlıdır, aylıq ödənişi isə 718 manatdan başlayır.
Həmçinin Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yaşayış kompleksində 210 mənzil təklif olunur: bunlar 1, 2 və 3 otaqlı mənzillərdir. Aylıq ödəniş 357 manatdan başlayır.
Yeni mənzillər 21 iyun tarixindən etibarən İpoteka və Kredit Zəmanət Sistemi çərçivəsində vətəndaşların seçiminə veriləcək.