Qaradağ rayonunda bacı-qardaş arasında bıçaqlanma baş verib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Korgöz qəsəbəsində baş verib. 43 yaşlı İ.Pirquliyev, 34 yaşlı S.Pirquliyeva və 28 yaşlı Ə.Pirquliyev arasında mübahisə yaranıb. Nəticədə Ə.Pirquliyev bıçaqla İ.Pirquliyevə xəsarət yetirib.
Hadisəni törədən şəxs tutulub. Faktla bağlı cinayət işi açılıb.