Bayram günlərində – Silahlı Qüvvələr Günü və Qurban Bayramında Bakı-Qəbələ-Bakı istiqamətində 10 reys əlavə edilib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən məlumat verir.
İyunun 26-dan 30-dək Bakı-Qəbələ-Bakı marşrutu üzrə Bakı dəmir yolu stansiyasından saat 07:30-da yola düşən qatar saat 10:50-də Qəbələyə, 19:30-da isə əks istiqamətdə hərəkət edən qatar saat 22:20-də Bakıya çatacaq.
Sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 1 iyul 2023-cü il tarixindən etibarən qatarların hərəkət cədvəli şənbə və bazar günləri də daxil olmaqla yuxarıda qeyd olunan bayram cədvəlinə uyğun olaraq yenilənəcək.