Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol qəzasında piyada xəsarət alıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

55 yaşlı Şəmistan Mədətov yolu keçərkən onu avtomobil vurub. Kişi təcili tibbi yardımın köməkliyi ilə müştərək travma ilə xəstəxanaya aparılıb.

Hadisənin təfərrüatları araşdırılır.