Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli və Fətəli Xan Xoyski küçələrinin kəsişməsindəki işıqforunun nasaz vəziyyəti piyadalar və sürücülər üçün təhlükə yaşadıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Avtosfer-a istinadən məlumat verir.
İşıqforun işıqlarının dayanmadan yanıb-sönməsi hərəkət iştirakçılarını çaş-baş salıb. Bu səbəbdən həmin ərazidə tıxac yaranıb.