Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Hadisə rayonun Füzuli və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib. “Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı ağaca çarpılıb. Nəticədə sərnişin və sürücü xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.