Paytaxt ərazisində keçiriləcək növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyasının vaxtı bəlli olub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Tullantıları ekoçantaya dəyiş” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ekoçanta veriləcək.
Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara isə kitab hədiyyə ediləcək.
Tədbir 11 iyun saat 12:00-da Nəsimi rayonu, Asif Məhərrəmov, 20C ünvanında yerləşən “Neptun” supermarketində baş tutacaq.