Bakının Nizami rayonu, Qara Qarayev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakini A.Əsədov “Hyundai” markalı avtomobili idarə edərkən yolu keçən Naxçıvan şəhər sakini Q.Zeynalovu vurub. Hadisə nəticəsində piyada yerindəcə keçinib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.