Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində ötən gün 15 yaşlı oğlan itkin düşüb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.

Nurlan Vəlizadə yaşadığı evdən naməlum istiqamətdə çıxaraq bir daha geri qayıtmayıb.

Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.