Səbail rayonunda su yoxdur. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Belə ki, rayonun Bibiheybət, Şıx qəsəbələri, Salyan yolu ərazisi və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilişi müvəqqəti dayandırılıb. Buna səbəb magistral su kəmərində yenidənqurma işlərinin aparılmasıdır.
Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.