Ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:46 – Sabunçu rayonunda ağaclıq yanır

Bakının Sabunçu rayonu, Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Xəbər yenilənəcək.