Bakıda təcridxanaya narkotik maddə keçirmək istəyən qadın saxlanılıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Penitensiar Xidmətin rəsmi saytına istinadən məlumat verir.
Ramiz Quliyevlə görüşə gələn bacısı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyin cibində kağıza bükülərək gizlədilmiş, ümumi çəkisi 0,094 qram olan heroin aşkar olunub.
Həmçinin həbs edilmiş Həsən Əbdülhüseynov təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman əynindəki alt geyiminin çiyin hissəsinə xüsusi üsulla hopdurularaq gizlədilmiş, ümumi çəkisi 0,135 qram olan heroin aşkar olunub.
