Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində gecə saatlarında “KamAZ”-ın ön hissəsi qalxaraq hərəkət istifadəçilərinə təhlükə yaradıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.

Verilən məlumata görə, hadisə “KamAZ” markalı yük maşınının daşıdığı malların ağırlığı səbəbindən baş verib. Nəqliyyat vasitəsinin qoşqusu yükə tab gətirməyib və qarşı tərəfi yuxarı qalxmağa başlayıb.

Hadisə yerinə cəlb olunmuş qüvvələr mövcud təhlükəni aradan qaldırmaq üçün tədbirlər görüb.