Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində çox sayda irigövdəli ağaclar quruyub. Küləkli havada bu ağaclar həm vətəndaşların həyatı, həm də mülkləri üçün təhlükə saçır. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Vətəndaşlar deyirlər ki, problemlə bağlı dəfələrlə cavabdeh quruma müraciət ediblər. Amma məsələnin həlli istiqamətində heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Yasamal rayon bələdiyyəsindən açıqlama verilib. Bələdiyyənin şöbə müdiri Rəşid Muradov bildirdi ki, ötən il Ekologiya Nazirliyindən müvafiq rəyi aldıqdan sonra ərazidə qurumuş ağaclar kəsilib, lakin bir neçə ağac indiyədək qalıb.
Qurumdan deyildi ki, vətəndaşların yenidən ərizə yazacağı təqdirdə problem qısa müddətdə həllini tapacaq.
