Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan zəbt olunan çimərliyə giriş daha da məhdudlaşdırılıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.

Buzovna sakinlərinin verdiyi məlumata görə, ötən gün naməlum şəxslər çimərlikdə mühafizə postu ilə yeni şlaqbaum quraşdırıblar, asfalt döşəyiblər və hazırda çimərliyin geniş ərazisi məftillə hasarlanıb.

Eyni zamanda yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra onlar üçün sahilə yaxın hasarın bir hissəsi sökülüb ki, onlar suyun kənarında rahat hərəkət edə bilsinlər.

Hadisə ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət göndərilsə də, hazırda açıqlama verilməyib.

Təqdim olunan fotolarında çimərliyin adı “GlamBeach” kimi qeyd olunub. İnstagram səhifəsində təqdim olunan məlumata görə, həmin çimərliyin açılşı iyunun 9-na nəzərdə tutulub.

Zəbt olunmuş Zuğulba çimərliyində şlaqbaum quraşdırılıb
Foto Caliber.az