Suraxanı rayonu, Zığ qəsəbəsində park bərbad vəziyyətdədir. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, qəsəbənin yeganə istirahət yeri olan park baxımsız haldadır. Burada quraşdırılan hər bir avadanlıq kustar üsulla yaradılıb, ərazidə peyin iyi, otlayan qoyunlar, yaşıllıqların vəziyyəti baxımsızlıqdan xəbər verir.
“İcradan gəldilər, layihə cızdılar, bizi də aldatdılar ki, bura abadlaşdırılacaq, ancaq heç nə olmadı. Bir ara əraziyə zibil də atırdılar”, – deyə sakinlər şikayət edirlər.
Rəsmi qurumlar məsələ ilə bağlı bildirib ki, ərazi hissə-hissə təmir olunacaq və təmizlənəcək.