Bakının Parlament prospektində, 20 nömrəli məktəb-liseyin qarşısında avtobusdan düşərək qəzada xəsarət alan qız sağalaraq evə buraxılıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.

İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə baş vermiş hadisədən sonra Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşirilib. Onun vəziyyəti normallaşdıqdan sonra qız həmin gün axşam evə buraxılıb.

Hadisə ötən gün səhər saatlarında qeydə alınıb. 205 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlayıb. Bu zaman 99-NL-772 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü avtobusu sağdan ötmək istəyərkən oradan düşən məktəbli qızı vurub.