Bakının Nəsimi rayonu, Azadlıq prospekti, 16 saylı binanı əhatə edən həyətyanı sahədə asfalt dəyişilib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az məlumat verir.

Sözügedən ünvanda yerləşən ümumi yaşayış binasını əhatə edən yararsız vəziyyətə düşmüş asfalt döşəməsi yenisi ilə əvəz olunub. Eyni zamanda həyətdə yeni işıq dirəkləri quraşdırılıb, binanın ümumi kanalizasiya xətlərində cari təmir işləri aparılıb.

Rayon ərazisində abadlıq işləri davam edir.