Azərbaycan Milli Dram Teatrı kiberçinayətlə üzləşib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.

Belə ki, internetdə https://theatre-azdram.com/azb/events domenli sayt yaradılaraq guya orada dram teatrı üçün tamaşaların olduğu bildirilir. Biletləri 50 AZN-ə təklif edən dələduzlar kart məlumatlarının yazılmasını istəyir, daha sonra həmin pulu mənimsəyirlər.

“Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”, – deyə müraciətdə qeyd olunub.