Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni reyslər əlavə olunur. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Sərnişin sayının çox olması ilə əlaqədar 10-11 iyun tarixlərində yeni reyslər mövcud olacaq.

10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.