Bakıda sərnişin avtobuslarında reyd keçirilib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Son bir neçə gün ərzində keçirilən yoxlamalar zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər məsuliyyətə cəlb olunublar. Ümumilikdə isə 100-dən çox avtobusun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi təmin edilib.
Bundan əlavə, həmin avtobusların aid olduqları sərnişindaşıma şirkətlərinə xəbərdarlıq edilib, qaydalara riayət olunmağı tələb olunub.