Bakıda bu günə kimi qeyri-qanuni valyuta dəyişmə mövcüddur. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
“28 May” metrosunun çıxışı yaxınlığında toplaşan alverçilər 100 dolları 169 manata alırlar. Əgər məbləğ çox olarsa, bu zaman bir az yüksək qiymət təklif edilir.
Polis əməkdaşları bu şəxslərə qarşı tədbirlər görsələr də, “qara bazar”ın qarşısı tam alınmayıb.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bankların bu xidməti göstərən filial və şöbələri tələbatı ödəyəcək sayda deyil. Həmçinin ölkədə valyuta almaq üçün limit var – bir nəfər il ərzində maksimum 20 min manat dəyərində valyuta ala bilər. Ekspert vurğulayıb ki, ”qara bazar”ın aradan qaldırılması üçün vətəndaşların valyutalara əlçatanlığı təmin edilməlidir.