Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) tibb müəssisəsində rentgen kabinetinin fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az FHN-ə istinadən məlumat verir.

Yoxlama zamanı paytaxtın Nərimanov rayonu, S.Rəhimov küçəsində fəaliyyət göstərən “Rondent” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Həmin klinikanın rentgen kabinetinin işi dayandırılıb.