Bakıda icra nümayəndəsi cərimələnib. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, sənaye və məişət tullantılarının yandırılması zamanı ekoloji qaydalara riayət olunmaması, eləcə də məişət tullantılarının urnalardan kənar yerlərə atılması və müxtəlif tərkibli suların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) atılması ilə əlaqədar Suraxanı rayonunda Zığ qəsəbəsinin icra nümayəndəsi cərimələnib.

İnzibati cəza 3 maddə üzərindən verilib.