Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Cavidan Əliyev ABŞ-nin iki universitetinin doktorantura səviyyəsinə təqaüdlə qəbul olub. Bu haqda 9 iyun tarixində Bakuplus.az Tehsilmedia-ya istinadən məlumat verir.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Amerikanın Alabama ştatında yerləşən Auburn Universitetindən illik 80 min dollar, Pensilvaniya ştatında yerləşən Lehigh Universitetindən isə 82 min dollar dəyərində təqaüd qazanıb.

Cavidan Əliyev Lehigh Universitetini seçdi. O, həmin universitetdə Kimya və Biomolekulyar mühəndislik ixtisasında doktorantura təhsili alacaq.