Bakının Nəsimi rayonunda “Hyundai” markalı bir avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, Bakı şəhər sakini olan qadının içərisində 453 manat pulu, bank kartları və sənədləri olan cüzdanı oğurlanıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov saxlanılıb.
Araşdırma zamanı onun narkotacirliklə bağlı axtarışda olması faktı da məlum olub.